Rusiyalı ekspertlərin üçtərəfli sammitdən gözləntiləri

Rusiyalı ekspertlərin üçtərəfli sammitdən gözləntiləri

Rusiyalı ekspertlər Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək ilk sammitindən gözləntilərini açıqlayıblar. SİA-nın məlumatına görə, Ərəb və İslam Araşdırmaları Akademik İnstitutunun əməkdaşı Boris Dolqov Ria-Novosti agentliyinə deyib ki, bu görüş Azərbaycan, Rusiya və İranın münasibətlərində vacib mərhələ təşkil edir.

Onun sözlərinə görə, üç ölkənin münasibətləri son illər xüsusilə dinamik inkişaf edib: "İran iqtisadi planda Rusiyanın yaxın tərəfdaşıdır, siyasi baxımdan, xüsusilə Suriya məsələsi üzrə iki ölkənin müttəfiq münasibətləri mövcuddur. Azərbaycan da Rusiyanın müttəfiqidir. Lakin bir sıra məsələlər var ki, onlara aydınlıq gətirilməsi vacibdir".

B.Dolqov hesab edir ki, bu görüşə ölkələr arasında iqtisai əməkdaşlığın gələcək inkişafı, regionda, xüsusilə Yaxın Şərqdə vəziyyətin müzakirəsi əsas təşkil edəcək.

Beynəlxalq Təhlükəsizlik Mərkəzi Akademik İnstitunun əməkdaşı Vladimir Sotnikov isə deyib ki, sammitdə beynəlxalq terrorizmlə mübarizəni təhdid edən, iki böyük qeyri-sabitlik ocağına çevrilən Yaxın Şərq və Əfqanıstandakı situasiya diqqətdə olacaq.

Rusiya tərəfi, həmçinin Xəzər dənizinin hüquqi statusu üzrə dialoqun aktivləşdirilməsini təklif etmək niyyətindədir: "Bu üç ölkə, Azərbaycan, Rusiya, İran Qazaxıstan və Türkmənistan da daxil olmaqla Xəzəryanı dövlətlərdir. Onların Xəzər məsələsinin nizamlanmasında xeyli sualları var. Ona görə də bu məsələnin müzakirəsi şübhəsizdir".

Sornikov əlavə edib ki, Rusiya və İran Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçi olmağa hazırdırlar. Əlbəttə ki, İran və Rusiya Azərbaycan və Ermənistan arasındakı gərginliyin azaldılmasında maraqlıdır.

Bu, çətin problemdir və onun həlli də çətindir. Hərbi qarşıdurmadan qaçmaq üçün münaqişəni olduğu nöqtədən tərpətmək lazımdır. İran və Rusiya buna cəhd edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə