Uşak Əmniyyət Müdürlüyünün Qaçaqçılıq və Cinayət Təşkilatçılığı ilə Mücadilə Şöbəsi FETÖ əməliyyatı çərçivəsində təşkilatın "ali idarəçiliyi və imamı" olduğu ittihamı ilə 7 aydır ki, barəsində həbs qərarı olan Ahmet Akdoğan (68 yaş) və həyat yoldaşı Melahat Akdoğan (65 yaş) İzmir Adnan Menderes hava limanında xarici ölkəyə qaçmaq istərkən tutulublar.
Həbs olunan cütlük istintaqa cəlb olunmaq üçün Uşak şəhərinə aparılıblar. Əmniyyət Müdürlüyündə ifadələrinin alınmasından sonra Ahmet Akdoğan "terror təşkilatına üzv olmaq", "terror təşkilatında rəhbər strukturlarda təmsil olunmaq" və "zor gücü ilə maliyyə əldə etmək, təşkilata maddi dəstək göstərmək" ittihamı ilə həbs olunub. Onun həyat yoldaşı isə sərbəst buraxılıb.
Qeyd edək ki, Akdoğan FETÖ lideri Fətullah Gülənlə qohumdur. O, 1984-cü ildə Uşakda Nil Elm və Xidmət Vəqfini qurub, maarifçilik qurumlarında uzun müddət rəhbərlik edib. Daha soonra isə Ərzurum imamı olaraq fəaliyyət göstərib. Onun son fəaliyyət dövrü FETÖ daxilində bölgə imamları üzərində nəzarətçilik olub. Həbs olunarkən, Akdoğanın üzərindən 25 min türk lirəsi və bəzi hakim və prokuror adlarının yazıldığı dəftərçə tapılıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB