Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qeyd etdikləri kimi mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB