Türkiyənin Bursa şəhərində FETÖ-çulara maliyyə dəstəyi verən firmaya qarşı keçirilən əməliyyatda sənəd ələ keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, siyahıda FETÖ-çuların reallaşdırmaq istədikləri planlar öz əksini tapıb.
Firma rəhbərləri, aşbaz və bir çox işçinin xüsusilə diqqət etməsi lazım olan siyahıda, "155 saylı nömrədən gələn zəngə cavab verilməli, susma haqqından istifadə, kompüterlərin hardı dəyişdirilməli, polislər tək başına bir yerə girməməli, barmaq izinə diqqət edilməli kimi xəbərdarlıqlar öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB