Müdafiə nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Xarici dil və Tərəfdaşlıq Mərkəzində fransız dili kurslarının növbəti buraxılışı olub. SİA-nın məlumatına görə, iyulun 27-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Fransa Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndələrinin iştirakı ilə kursun bitməsi ilə əlaqədar tədbir keçirilib. Tədbirin sonunda kurs iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2006-cı ildən başlayaraq Fransa tərəfinin təşəbbüsü ilə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün fransız dili kursları təşkil edilir və növbəti illərdə də kursların keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB