Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. SİA-nın məlumatına görə, Məzahir Pənahovun sədrliyi ilə 2016-cı il iyulun 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 3 iyun və 29 iyun 2016-cı ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
Sonra Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq dəyişikliklər qəbul edilib.
Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB