Amnistiya Qərarının icrası davam edir

Amnistiya Qərarının icrası davam edir

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə elan edilmiş humanizm təntənəsinin davamı olan Milli Məclisin 20.05.2016-cı il tarixli Amnistiya Qərarı bu günə kimi Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan 2000 nəfərdən artıq şəxsə şamil edilib. SİA-nın məlumatına görə, onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır.

Amnistiya Qərarına əsasən cəzaçəkmə müəssisələrindən azadlığa çıxmış məhkumlardan 43 nəfəri qadındır.

Ümumilikdə Amnistiya Qərarının 10 minə yaxın məhkuma şamil olunacağı gözlənilir.

Amnistiya Qərarının icrası davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə