Çurkin: “Bu məsələyə birdəfəlik son qoyulmalıdır!”
Rusiya BMT-də ŞƏRT QOYDU

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin ölkəsinin Suriya hökumətinə terrorla mübarizədə dəstək göstərməkdə davam etməsi qərarında olduğunu deyib. Rus diplomat eyni zamada ABŞ-a Yaxın Şərqdəki vəziyyətlə bağlı obyektiv qiymət verməsi çağırışını da edib. SİA xəbər verir ki, bu barədə "interfax.ru" saytı yazır.

"Biz öz tərəfimizdən sonrakı müddətdə də başda "İŞİD" və "Cəbhat ən-Nusra" olmaqla Suriya hökumətinə terrorçu qruplaşmalara qarşı müqavimət göstərməyə yardım edəcəyik. Heç kim düşünməsin ki, bu məsələdə təxirəsalmalar, gecikdirmələr olacaq"-deyə Çurkin BMT TŞ-nın açıq iclasındakı çıxışında bəyan edib.

Daimi nümayəndə xatırladıb ki, sözügedən məsələdə həll olunmamış məsələlər hələ də qalmaqdadır ki, onlardan biri də terrorçuların sərhəddən-sərhədə keçmələrinə, maliyyə, silah və onlara lazım olan digər vasitələri əldə etmələrinə şərait yaradır. "Bu məsələyə birdəfəlik son qoyulmalıdır"-Çurkin hesab edir.

Bundan əlavə, Rusiya diplomatı bəyan edib ki, ABŞ "Suriyaya Dəstək" Beynəlxalq qrupun həmsədri kimi təbliğat ştamplarından imtina edib, vəziyyəti obyektiv qiymətləndirməyi bacarmalıdır".

Onun sözlərinə görə, hər şey rəsmi Dəməşə qarşı müxalif fikirlilərin addımlarından asılıdır. Belə ki, sülhün yaranmasına qarşı destruktiv xətt məqsədə çatmağa maneədir. Bununla bağlı daimi nümayəndə qeyd edib ki, Ruisiya amerikalı partnyorlarından və regiondakı təsirli oyunçulardan daha ehergetik, ən əsası isə pozitiv addımlar gözləyir.

Vitali Çurkin həmçinin BMT-nin Suriya üzrə səfiri Stefan de Misturunu Suriya hökuməti ilə iş aparmaqdan ötrü daha fəal olmağa çağırıb. "Cenevrədəki danışıqlar prosesini yenədən və dərhal bərpa etmək lazımdır"-deyə ruisyalı diplomat vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə