"Prezident İlham Əliyev ən yüksək beynəlxalq tribunalardan tutmuş adi vətəndaşılarla görüşündə də prioritet istiqamət kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini bir nömrəli vəzifə kimi qeyd edir. İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkə başçısı bu məsələni prioritet məsələ kimi təqdim etdi". Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Politoloqun sözlərinə görə, bu gün Azərbaycan artıq bu münaqişənin həllində diqtə edən tərəf kimi iştirak edir: "Azərbaycanın suverenliyi bütün beynəlxalq sənədlərdə öz əksini tapıb. Bundan başqa işğalçı erməni hərbi korpusu bizim əraziləri qeyri-şərtsiz tərk etməlidirlər, rayonlarımız boşaldılmalı, ərazidə sülh bərqərər olmalıdır. Çünki bundan sonra böyük iqtisadi layihələrin həlli gündəmdə duran məsələdir. Məhz bu Azərbaycanın və onun Prezidentinin prinsipial mövqeyidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB