"Gənclər arasında sahibkarlığın təşviqi: yeni çacırışlar və perespektivlər" SƏS TV
Bu gün Bakı Biznes Mərkəzində YAP Gənclər Birliyinin təşkilatçılığı ilə "Gənclər arasında sahibkarlığın təşviqi: yeni çacırışlar və perespektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti uğurla həyata keçirilir: "Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması ortaya qoyulan konsepsiyanın müvəffəqiyyətlə icrasının göstəricisidir. Cəmiyyətin hərəkətverici qüvvəsi olan gəncələrimiz ictimai həyatda da daha aktiv iştirak edirlər".
.jpg)
S.Məmmədov həmçinin uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb və qeyd edib ki, gəncləri sahibkarlığa cəlb etməklə iqtisadiyyatımızm inkişafına dəstək olmalı, həmçinin gənc sahibkarlığa iddialı şəxslərə innovativ düşüncəni aşılamalı və maarifləndirməliyik: "Məhz belə tədbirlərin keçirilməsində də məqsəd bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır".
.jpg)
Konfransda YAP Gənclər Bilriyinin sədri Seymur Orucov layihənin pilot layihə olduğunu qeyd edib və Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, dövlət proqramlarında gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsinə, fəaliyyətə yeni başlayan sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılmasına dair qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat verib.
.jpg)
S.Orucov çıxışının sonunda "Karyera yarmarkası"nın təşkili ilə bağlı təklif irəli sürüb və bildirib ki, bu gələcəkdə gənclərimizin biznes sahəsində əlaqələrin genişlənməsinə imkan verəcək.
.jpg)
Tədbirdə çıxış edən gənc sahibkarlar da biznes planları haqqında fikirlərini bildiriblər.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
R.HÜSEYNOVA
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB