Bolqarıstanın XİN rəhbəri Bakıya gəlir

Bolqarıstanın XİN rəhbəri Bakıya gəlir

Bolqarıstanın xarici işlər naziri Daniel Mitov Azərbaycana rəsmi səfər edəcək. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun Azərbaycana səfəri 12-14 may tarixində gerçəkləşəcək.

Səfər çərçivəsində D.Mitovun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə