Almaniyanın paytaxtı Berlində faşizm üzərində qələbənin ildönümü münasibətilə bayram tədbirləri keçirilib. Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyindən SİA-ya verilən məlumata görə, ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov bayram tədbirlərində iştirak edib.
Tədbir iştirakçıları Berlin şəhəri uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı əsgər və zabitlərin də dəfn olunduğu Berlinin Treptov parkında, eləcə də Berlinin Tirqarten parkında yerləşən Sovet əsgərlərinin xatirəsinə həsr olunmuş abidələri ziyarət ediblər və Böyük Vətən Müharibəsinin veteranları ilə görüş keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB