"Azərbaycan ipoteka kreditlərini tənzimləyən normativ-hüquqi bazada dəyişikliklər edilməsinə başlayıb". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq artıq ilkin qərarlar qəbul edilib: "Makroiqtisadi qrup artıq bu məsələni nəzərdən keçirir. Ümid edirəm ki, müzakirələr yaxın vaxtlarda yekunlaşacaq və yekun qərar qəbul ediləcək".
E.Rüstəmov həmçinin deyib ki, manat üzən məzənnəyə keçdikdən sonra Azərbaycan Mərkəzi Bankının əsas məqsədi pul kütləsinin proqnozlaşdırılmasından ibarətdir: "Bu, bizə inflyasiyaya, eləcə də pul kütləsi vasitəsilə manatın məzənnəsinə təsir göstərməyə imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB