Gənc Diplomatlar Birliyinin nümayəndəsi beynəlxalq tədbirdə

Aprelin 17-22 Azərbaycan Gənc Diplomatlar Birliyinin Beynəlxalq Əlaqələr üzrə Katibi Əlibəşir Əliyev Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən BMT-nin Moskva Beynəlxalq Modeli 2016 adlı konfransda iştirak edib. Təşkilatdan SİA-ya verilən məlumata görə, konfransda beynəlxalq miqrasiya problemi və onun həll yolları müzakirə olub.

Qeyd edək ki, konfrans çərçivəsində Rusiyanın Dövlət Dumasının deputatları və ictimai xadimləri ilə görüş keçirilib. Görüşdə Əlibəşir Əliyev Rusiya-Azərbaycan dostluq və əməkdaşlığın gücləndirilməsinə əminliyini ifadə edib və Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mühüm rolunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə