Əbülfəs Qarayev: "Forumun sonunda Bakı Bəyannaməsi qəbul olunacaq"

"Bu gün keçirilən Gənclər və Biznes Forumda çox maraqlı fikirlər ifadə olundu. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etdi". SİA-nın məlumatına görə, bunu bugün mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.

Onun sözlərinə görə, bütün bunlar gün ərzində aparılan müzakirələrə əlverişli yol açdı: "Forumun Azərbaycanda keçirilməsi ölkə rəhbəri cənab İlham Əliyevin razılığı ilə həyata keçirilib. Bu son yarım il ərzində həyata keçirilən işlər idi. Tədbir iştirakçılarının təcrübəsi geniş müstəviyə yol açır. Forumun bir qismi Bakı Konqres Mərkəzində, digər qismi isə Heydər Əliyev Mərkəzində keçiriləcək. Bizdə 30-dan çox tədbir keçiriləcək. Çox geniş mədəni proqram nəzərdə tutulub. Sabah isə xüsusi mükafat təqdim olunacaq. Forumun sonunda isə biz Bakı Bəyannaməsini qəbul edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə