BMT-nin ali nümayəndəsi: "Azərbaycan hər zaman dialoqun və tolerantlığın tərəfdaşıdır" AÇIQLAMA

" Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın, dostluğun və tolerantlığın inkişafı kimi vacib bir işə əhəmiyyətli töhfə verir ". Bu sözləri Muzey Mərkəzində keçirilən "Siyasətdən kənar" sərgisinin açılışında iştirak edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman dialoqun və tolerantlığın tərəfdaşıdır: "BMT-nin Sivilizasiyalar Alyansı dünyada dostluğun təbliğ olunmasında daim Azərbaycanla əməkdaşlıq etməyə hazırdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...