İndoneziyanın XİN başçısının müavini Bakıya gələcək

İndoneziyanın XİN başçısının müavini Bakıya gələcək

İndoneziyanın xarici işlər nazirinin müavini Əbdürrəhman Faxirin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. İndoneziyanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, səfərin əsas məqsədi 25-27 aprel tarixlərində Bakıda keçiriləcək 7-ci BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etməkdir.

Səfər zamanı Ə.Faxir bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə