"Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olması onun hazırda problemə daha fərqli yanaşdığının göstəricisidir". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Parlamentinin üzvü Hrant Baqratyan kanalların birinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya prezidentinin əsas proqramına Avrasiya qitəsini Şimaldan Aral dənizinə qədər ilə bağlamaq, ölkələri qrup halında birləşdirmək daxildir. Bunun üçün Rusiya ilk növbədə Azərbaycan, Türkiyə və İran məsələlərini həll etməlidir: "Bu, eynilə III Roma nəzəriyyəsidir. Lakin belə möhtəşəm siyasi planların ya qeyri-müəyyən gələcəkləri olur, ya da tez bir zamanda dağılır".
Hrant Baqratyan Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olacağını bildirib: "Ermənistan bundan narazı olsa belə, Azərbaycan bu birliyə daxil olacaq".
Erməni deputat söyləyib ki, Dağlıq Qarabağda 4 günlük münaqişə danışıqlar prosesinin daha da sürətlənməsinə təkan verdi: "Əgər Azərbaycan genişmiqyaslı müharibəyə başlayarsa, o bizim Dağlıq Qarabağ müstəqil dövlət kimi tanıyıb, tanımadığımıza baxmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB