Səməd Seyidov: “Azərbaycana qarşı təxribatın vaxtı təsadüfi seçilməmişdi”

"Ermənistanın Azərbaycana qarşı təxribatının vaxtı təsadüfi seçilməmişdi. Bu dövr Azərbaycanla Qərbin münasibətlərinin möhkəmləndiyi zamana təsadüf etdi". SİA-nın Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) saytına istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı, AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda AŞ PA-nın yaz sessiyasında çıxış edərkən deyib.

Deputat AŞPA-nın yanvarda keçirilmiş əvvəlki sessiyasında Dağlıq Qarabağla bağlı hesabatın qəbul edilməməsindən təəssüfləndiyini bildirib: "Bu hesabatın qəbul edilməməsi erməni işğalçıları üçün yol açdı. Təcavüzkarın nazı ilə oynanılacağı təqdirdə, yaxşı nəticə verməyəcək və faciəyə səbəb olacaq. Azərbaycan hər zaman sülh tərəfdarı olub. Ermənilər Qarabağda etnik təmizləmə həyata keçiriblər. İndi orada və Ermənistanda heç bir azərbaycanlı yaşamır. Ancaq Azərbaycanda 30 min erməni yaşayır. Biz Qarabağ ermənilərinin və oradan qovulmuş azərbaycanlıların görüşüb, ziddiyyətləri aradan qaldırmasını təklif edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...