“Rusiya Azərbaycanı Avrasiya İttifaqı və Gömrük Birliyində görmək istəyir” İDDİA
"Ermənistanın Azərbaycanı hərbi tribunala vermək cəhdi dərin dəryada boğulan adamın saman çöpündən yapışaraq qurtulmaq istəyinə bənzəyir. Bu müraciət baxılmağa qəbul olunsa belə, Azərbaycan əleyhinə hansısa qərarın qəbul edilməsi inandırıcı görünmür". Bu fikirləri SİA-ya politoloq Vasif Əfəndiyev 2-5 aprel tarixlərində Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarla bağlı Ermənistanın Beynəlxalq Tribunal çağırmaqla bağlı dünya ictimaiyyətinə müraciəti barədə danışarkən deyib.
Politoloq bildirib ki, 2-5 aprel tarixlərində Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizi düşmənlərdən təmizləmək əməliyyatı əvvəlki dövrlərlə müqayisədə böyük beynəlxalq dəstək aldı: "2014-cü ildə Qarabağda ordumuz tərəfindən vurulan düşmən helikopteri ilə bağlı nə qədər beynəlxalq təzyiqlər olsa da, bu dəfə biz bunun tam əksini gördük. İƏT, AŞPA prezidenti, ABŞ-ın ən yüksək çinli siyasətçiləri birmənalı olaraq Dağlıq Qarabağın işğaldan qeyd-şərtsiz azad olunmasını tələb etdilər".
O qeyd edib ki, əməliyyatlar öncəsi Avropa və ABŞ-a səfər edən Azərbaycan prezidenti cənab İlham Əliyev bu dəstəyi hiss etdiyindən daha inamlı görünürdü: "Almaniya kansleri Merkelin və Türkiyə prezidenti Ərdoğanın bu işğalın arxasında Rusiyanın dayandığını açıq mətnlə dilə gətirməsi Avropada bu problemə baxışın dəyişdiyini xəbər verir. Azərbaycanın ildırım sürətli hərbi əməliyyatlarla ərazilərinin bir hissəsini azad etdi. Hazırda strateji səbəblərlə əlaqədar əldə olunan uğurlar geniş olaraq təbliğ edilmir. Rusiya Azərbaycanı Avrasiya İttifaqı və Gömrük Birliyində görmək istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB