Hərbi ekspert uğurun səbəbini açıqladı PEŞƏKAR BAXIŞ

"“Azərbaycan ermənilərin müdafiə xəttinin dərinliklərini vurdu”

"Hərbi nöqteyi-nəzərdən götürdükdə Azərbaycan uğur əldə etməyi bacardı". SİA xəbər veirir ki, bu fikirləri rusdilli saytların birinə Rusiyanın tanınmış jurnalisti və hərbi eksperti Aleksandr Qolts aprelin ilk dörd günündə cəbhədə baş verən məlum olaylara münasibətini bildirərkən deyib.

Rusiyalı ekspertin fikrincə, hadisələr davamlı xarakter almadığı üçün bu uğuru məhdudlaşdırılmış kimi də qiymətləndirmək olar: "Bəli, Azərbaycan Silahlı Qüvvələri erməniləri öz mövqelərindən, yüksəkliklərdən çıxara bildi və bir neçə kilometr Qarabağın dərinliklərinə doğru irəlilədi. Lakin bunu yalnız strateji deyil, eyni zamanda məhdudlaşdırılmış uğur kimi də qiymətləndirmək olar".

Aleksandr Qolts hesab edir ki, Azərbaycan bu uğura son illər hərbi potensialını artırmaqla nail oldu: "Azərbaycan ağır artilleriya sistemləri, pilotsuz uçuş aparatları və s.silahlar alaraq, arsenalını gücləndirdi. Məhz bu amil Azərbaycan Ordusunun məlum hərbi əməliyyatlarda irəliyə doğru getməsinə səbəb oldu".

"Bu dəfə Azərbaycan təkcə ermənilərin üz-üzə olan mövqelərini deyil, ümumilikdə erməni tərəfinin müdafiə xəttinin dərinliklərini vurdu. Bununla da müdafiə xəttinin yarılması baş verdi". Jurnalist-ekspert sonda Rusiya və ABŞ-ın bu məsələdə ortaq məxrəcə gələrək daha genişmasştablı hərbi əməliyyatlara başlanmaması üçün çalışdıqlarını da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə