Ermənistan siyasi və hərbi rəhbərliyi İsrailin üstünə düşüb EKSPERT RƏYİ
"Ermənistanın cinayətkar hakimiyyətinə son 23 ildə bu qədər ağır günlər yaşadan heç bir qüvvə, heç bir hadisə olmamışdı. Bunu onlara Azərbaycan Silahlı Qüvvələri yaşatdı. Aldıqları ağır zərbələrdən hələ də ayıla bilməyən Sarkisyan və komandası az qala gündə bir sarsaq bəyanat və fikirlər səsləndirir". Bu fikirləri SİA-ya açıqlamasında hərbi-ekspert Üzeyir Cəfərov deyib.
Ekspert bildirib ki, Ermənistan gah Rusiyanı özünün xilaskarı kimi çağırır, gah da onları təhqir edir və hətta rusların bayrağını belə yandırmağa özlərində cürət tapırlar: "Hətta Rusiyanın baş naziri Medvedyevə şikayətlənirlər ki, sizin Azərbaycana satdığınız silahlar bizim hərbçiləri qırıb-məhv etdi. Rusiya hökumətinin rəsmisi Dmitri Raqozin açıq şəkildə erməni tərəfə başa saldı ki, biz Azərbaycana silah satışı ilə bağlı müqavilələrə sadiqik və planlarımızda heç bir dəyişiklik olmayacaq. İndi də başını itirmiş Ermənistan siyasi və hərbi rəhbərliyi İsrailin üstünə düşüb. Azərbaycana satılan ən müasir silahların erməniləri məğlubiyyətə düçar etdiyini dilə gətirirlər. Guya inciyiblər və İsraildən silah almayacaqlarını bəyan edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, öz cinayətar hakimiyyətini qoruyub saxlamaq üçün Serj Sarkisyan və özü kimi cinayətkar olan müdafiə naziri seyran Ohanyan çox narahatdırlar. Ona görə ki, onların sonu sürətlə yaxınlaşır. Bir sözlə, Ermənistanın indiyə kimi hay-həşirlə az qala dünyaya bağırdığı çoxsaylı mif və yalanlar sabun köpüyü kimi dağılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB