Aydın Mirzəzadə: “İqtidarla müxalifətin birliyi məsələsi önəmlidir” AÇIQLAMA

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tək iqtidarın məsələsi deyil, dövlətin, xalqın, cəmiyyətin məsələsidir. Bu məsələdə hamı yumruq kimi bir mövqedən çıxış etməlidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, cəbhədəki son hadisələrin təhlili göstərdi ki, ümumən cəmiyyətdə bir yekdillik oldu: "Belə ki, müxalif qüvvələrdən də bu məsələdə iqtidarla həmrəy olanlar tapıldı. Amma bu situasiyada belə öz partiya maraqlarını dövlət maraqlarından üstün tutan və situasiyanı siyasi hakimiyyət üçün istifadə edənlər də tapıldı. Təbii ki, Ermənistan KİV-ləri də bundan istifadə etdilər. Onlar Azərbaycan müxalif liderlərinin fikirlərinə istinad edərək ölkəmizdə fikir ayrılığı olduğu təəssüratını yarartmağa çalışdılar. Bununla belə indiki situasiyada iqtidar və müxalifətin birliyi məsələsi önəmlidir".

Millət vəkili əlavə edib ki, iqtidarla müxalifətin sözügedən məsələdə bir yerdə olması cəmiyyətin, hakimiyyətin, Prezidentin siyasi xəttini müdafiə etməsini tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə