Politoloq: "Lavrovun təklifi münaqişənin həllini uzatmaq deməkdir" MÜNASİBƏT

"Danışıqlarda rayonların qaytarılması mərhələsini həyata keçirmək son dərəcə bəsitdir sadəcə qoşunları oradan çəkmək və minalanmış əraziləri təmizləmək gərəkdir". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev Rusiya XİN rəhbəri Sergey Lavrovun ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Serqey Lavrov Qarabağ probleminin sülh yolu ilə həllini beş rayonun azad edilməsi ilə paralel olaraq Qarabağın statusunun müəyyən edilməsində görür: "Status məsələsi illərlə müzakirə obyekti ola bilər. Məlumdur ki, Ermənistan tərəfi Dağlıq Qarabağ üçün müstəqillik tələb edir və başqa variantların müzakirə obyekti olmayacağını dəfələrlə bəyan edib. Azərbaycan isə heç vaxt belə bir biabırçı sənədin altına imza atmaz. O zaman belə bir həll variantını mümkün görmürəm. Bu təkliflə razılaşamaq staus-kvonun qorunması deməkdir. Hesab edirəm ki, Rusiya bu dəfə də Ermənistanı düşdüyü çıxılmaz vəziyyətdən qurtarmaq niyyətindədir".

Onun sözlərinə görə, məsəlinin yeganə həlli BMT nin Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni əsas götürməklə, Madrid prinsiplərinə uyğun davranmaqdır: "Bu prinsipə əsasən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon və Laçının 13 kəndi Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. Beş rayonun geri qaytarılması ilə parael olaraq Qarabağın statusun müəyyən edilməsi təklifi münaqişənin həllini uzatmaq deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...