Elmar Məmmədyarov: “Münaqişəni tez həll etmək lazımdır, çünki insanlar ölür” MÜNASİBƏT
"Rusiya xarici işlər naziri Sergey Lavrovun keçən ildən bəri səsləndirdiyi təklifləri dəyərləndirməyə çalışırıq". SİA-nın məluamtına görə, bunu bugün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
XİN rəhbərinin sözlərinə görə, İran atəşkəsin əldə edilməsi üçün müəyyən cəhdlər göstərib: "Dağlıq Qarabağ münaqişəsini kimsə dondurulmuş və ya dayandırılmış münaqişə adlandırır amma burada itirilən insan həyatı faktoru var. Son 12 ildə mən münaqişənin həlli ilə məşğulam. Müəyyən prinsiplər var ki, onun üstündə işləməliyik. Hazırda masa üzərində araşdırma və təklif paketləri var. Ancaq mühüm məsələ odur ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməlidir".
Nazir əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət ərzində saxlamaq olmaz: "Dağlıq Qarabağ münaqişəsi məsələsi Rusiya və İranla da müzakirə olunub. Konkret təkliflər var, biz ideya və düşüncələrimizi bölüşdük. Bunu tez həll etmək lazımdır, çünki insanlar ölür. Münaqişənin həlli ilə birbaşa məşğul olmaq lazımdır və hərbiçilər kazarmalara qayıtmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB