“Bəs onlar daha dərinliklərə qədər irəliləsəydilər, nə olacaqdı?” Ermənistan qorxu içində

“Bəs onlar daha dərinliklərə qədər irəliləsəydilər, nə olacaqdı?” Ermənistan qorxu içində

Ermənistan Azərbaycanın qorxmaz, qəhrəman hərbçiləri və müasir tipli silahları qarşısında aciz qaldığını gizlədə bilmir. SİA-nın məlumatına görə, bunu işğalçı ölkənin dövlət rəsmiləri yerli mətbuata verdikləri açıqlamalarda da açıq-aşkar büruzə verirlər. Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan bu ölkənin mətbuatına açıqlamasında işğal olunmuş ərazilərdə son günlərdəki müharibədə az bir müddətdə Azərbaycan ordusunun çox önəmli starateji əhəmiyyətə malik bir neçə yüksəkliyi ələ keçirməsi və bir neçə yaşayış məntəqələrini düşməndən azad etməsi, uğurlu əməliyyatlarla irəliləməsindən keçirdikləri narahatlıq və qorxunu ifadə edib.

O qeyd edib ki, hazırda baş verən müahirəbə 25 il öncəki müharibə deyil. Bildirib ki, hazırda müxtəlif raket tipli və digər müasir silahlar mövcuddur. Ermənistan rəsmisi Azərbaycan ordusunun sahib olduğu, özlərinin yuxuda belə görə bilməyəcəkləri müasir silahların adlarını qeyd edib. O, bununla Azərbaycan ordusunun 25 il öncəki ordu olmadığına, Silahlı Qüvvələrimizin dünyanın ən müasir silahlarına sahib olduğuna işarə edib və açıqlamasında "Bəs onlar daha dərinliklərə qədər irəliləsəydilər, nə olacaqdı?" deyə, dövlətinin qorxu və narahatlığlını bir daha vurğulayıb.

Erməni deputat ölkəsinə beynəlxalq hüquq normalarının, dünyanın qarşı çıxdığı nüvə silahı istehsal etməyi təklif edib. Ermənistanın sabiq baş naziri ilə yanaşı, digər rəsmiləri də Azərbaycan qarşısında tab gətirmək üçün çıxış yolları axtarsalar da, buna nail ola bilmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə