Həmsədrlər təmas xəttindəki vəziyyəti qınadı

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunları arasında təmas xəttində gərginliyin artmasını müzakirə edib. SİA xəbər verir ki, həmsədrlər bugün verdikləri bəyanatda bunu qınadıqlarını bildiriblər.

Diplomatlar ölənlərin ailələrinə başsağlığı verib. Onlar həmçinin münaqişənin hərbi yolla həllinin mövcud olmadığını bildiriblər.: "Vəziyyətin gərginləşməsi münaqişənin hərtərəfli həlli ilə bağlı danışıqları zəruri edir".

Vasitəçilər həmçinin qeyd edib ki, Minsk qrupuna üzv dövlətlər Rusiya, ABŞ və Fransadan olan həmsədrlərin səylərini dəstəkləyir və münaqişə tərəflərinin mümkün qədər tez bilavasitə məsləhətləşmələr üzrə planlarını alqışlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə