Ötən gün Goranboy rayonu Tapqaraqoyunlu kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti, baş leytenant Mirzə Novruzov bu gün günorta saatlarında II Fəxri Xiyabanda torpağa tapşırılıb. SİA-nın xəbərinə görə, dəfn mərasimində Azərbaycan Respublikası Nüdafiə Nazirliyinin rəsmiləri, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və şəhidin ailə üzvləri, dostları iştirak ediblər.
Yaylım atəşi açıldıqdan sonra şəhid torpağa tapşırılıb. Mirzə Novruzovun tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun ailə üzvünə verildi. Zabitimiz ailəli idi və iki övladı var.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB