"Kreml tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırır" RƏSMİ AÇIQLAMA

"Kreml Azərbaycan və Ermənistanı atəşkəs rejiminə qayıtmağa çağırır". SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin məbuat katibi Dmitri Peskov bildirib.

Məbuat katibi ölkəsinin beynəlxalq vasitəçilərin xətti ilə Azəbaycan və Ermənistanın atəşkəs rejiminə qayıtması istiqamətində çalışdığını söyləyib.

D.Peskov Rusiyanın hər iki tərəfə silah satması sualını şərh etməkdən isə imtina edib: "Mən bu məsələni indi şərh etmək istəməzdim".

O, Kremlin Dağlıq Qarbağda təmas xəttindəki gərginlikdən narahat olduğunu deyib. Rusiya prezidentinin mətbuat katibi Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında hələ ki telefon danışığının olmadığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə