Elman Məmmədov: “Azərbaycan hər zaman ABŞ-la əməkdaşlıq edib” AÇIQLAMA

Elman Məmmədov: “Azərbaycan hər zaman ABŞ-la əməkdaşlıq edib” AÇIQLAMA

"Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması ABŞ-ın Azərbaycanın dünyada artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində yerinə verdiyi əhəmiyyətlə yanaşı, həm də iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürüdür". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan-ABŞ arasında qarşılıqlı tərəfdaşlıq, əməkdaşlıq münasibətləri ölkəmiz müstəqillik qazanandan sonra uzun illərdir ki, davam edir: "Bu münasibətlər Ümummilli Lider Heydər Əliyevin dövründən başlayıb. Azərbaycan həmişə bu əməkdaşlıqda, tərəfdaşlıqda, münasibətlərdə özünün səmimiliyini, sədaqətini, etibarlı tərəfdaş, əməkdaş olduğunu əməlləri ilə sübut edib. Buna misal olaraq bütün sahələri göstərmək olar. Xüsusilə də anti terror məsələlərində Azərbaycan hər zaman Amerika ilə birlikdə əməkdaşlıq edib. Bunu 2001-ci ildə Amerikada baş verən terror hadisələrində Azərbaycanın münasibəti bir daha təsdiq edir. Eləcə də Əfqanıstanda, digər regionlarda sülhməramlılarla birlikdə iştirakda ölkəmiz bunu sübut edir. Hətta beynəlxalq aləmdə, dünyada, Avropada enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə Azərbaycan bunu sübuta yetirir.

Ümumiyyətlə ABŞ-ın uzun illərdir bir sıra şirkətlərinin Azərbaycanla olan iş birlikləri, etibarlı münasibətləri də bunu sübut edir. Yəni Azərbaycan həm siyasətdə, diplomatiyada, işgüzar aləmdə, həm də bütün iqtisadi sahələrdə özünün etibarlı tərəfdaşı olduğunu, bütün münasibətlərdə səmimi olduğunu dəfələrlə sübut edib və bu gün də o yoldadır".

Bütün xəbərlər Facebook səhifəmizdə