Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatı dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş "Şahmata dəstək" adlı layihəsinin bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Mehdi Fərzəlizadə "Şahmata dəstək" layihəsi haqqında ətraflı məlumat verərək bildirib ki, gənclərin intellektual olması və məntiqli qərar vermələri üçün şahmat kimi oyunlar vacibdir: "Layihənin məqsədi şahmat oyununa gənclərin marağının artırılmasından ibarətdir".
Həmçinin Mehdi Fərzəlizadə layihə çərçivəsində keçirilən təlimlər haqqındada gənclərə hesabat xarakterli məlumat verib.
Tədbirdə Şahmat üzrə təlimçi Aytən Məmmədova layihə və keçirilən təlimlər haqda öz fikirini bölüşüb. Tədbirin sonunda təlimlərdə iştirak etmiş gənclərə sertifikat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB