Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərə qatılıb

Silahlı Qüvvələrimiz beynəlxalq tədbirlərə qatılıb

Martın 21-dən 25-dək Qori şəhərində (Gürcüstan Respublikası) "Beynəlxalq həftə" tədbiri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) NATO qüvvələrinin qorunması və NATO qərargah zabitləri üçün tanışlıq kursları, martın 21-dən iyunun 9-dək isə Nova Qoritsa şəhərində (Sloveniya Respublikası) orta səviyyəli ingilis dili kursu keçirilir. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə