Elçin Mirzəbəyli: “Arif Hacılı ardıcıl düşünməyi bacaran siyasət adamı deyil” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Arif Hacılı ardıcıl düşünməyi bacaran siyasət adamı deyil” AÇIQLAMA

"Müsavat partiyasının sədri Arif Hacılının hazırki məqamda ümummüxalifət koalisiyasının yaradılmasına zərurətin olmadığı haqda fikirləri nəyə görə söylədiyini demək çox çətindir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.

Sədr müavinin sözlərinə görə, Arif Hacılı stabil və ardıcıl düşünməyi bacaran siyasət adamı deyil: "Qənaətimcə, yəqin ki Arif Hacılı Müsavat partiyasının və bu qəbildən olan digər siyasi partiyaların bu günə qədər qarşılaşdığı təcrübədən, problemlərdən çıxış edərək bu fikirləri səsləndirib. Çünki adətən radikal düşərgədə formalaşdırılan siyasi bloklar, birliklər küləyin möhkəm əsməsinə bənzəyirlər.

Təbii ki, burada söhbət siyasi küləkdən gedir. Qısa zamanda qarşılıqlı ittihamlar əsasında qurumlar parçalanır və qurumda təmsil olunan insanlar da düşmənə çevrilirlər. Bu baxımdan görünür ki, indiki şəraitdə Arif Hacılı məhz bu aspektdən çıxış edərək fikir səsləndirir".

Bütün xəbərlər Facebook səhifəmizdə