Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 10-da Fransanın paytaxtı Parisə səfərə gedib. Millət vəkilinin SİA-ya verdiyi məlumata görə, yığıncaqda qadınların ictimai-siyasi həyatda fəallığının artırılması, terrorizmlə mübarizədə qadınların rolu, dini azlıqlarda uşaq və ailə hüquqlarının müdafiəsi, Avropada antisemitizmə qarşı mübarizə mövzularında müzakirələr aparılacaq.
Qeyd edək ki, millət vəkili müzakirə olunacaq məsələlər barədə çıxış edəcək, Avropada bu sahədə olan mövcud durum, ölkəmizdə həyata keçirilən siyasətin uğurları və digər məsələlər barədə məlumat verəcək. Sonra S.Qafarova ABŞ-a yola düşəcək. Millət vəkili AŞPA-nın nümayəndəsi olaraq 14-15 mart tarixlərində Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək tədbirlərə qatılacaq. Səfər martın 17-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB