"Dünyada gedən dini müharibə dinlərarası deyil, həmin dinləri təhrif edənlər arasında gedir". SİA xəbər verir ki, bu fikirləri İsrailin sabiq xarici işlər naziri Tzipi Livni "Qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu" mövzusunda təşkil olunan sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hərbi müdaxilələr çıxış yolu deyil: "Atılan bütün addımlar sülhə hesablanmalıdır. Hər hansı hərbi güc tətbiqi miqrant axınını çoxaldır. Almaniya kansleri Angela Merkelin miqrantlara "gəlin, sizi qəbul edirik" çağırışının acı fəsadları göz önündədir. Avropa cəmiyyəti, xüsusilə də almanlar onları qəbul etmir. Ona görə də ölkə liderləri belə yekun bəyanatlar verərkən cəmiyyətin reaksiyasını da nəzərə almalıdırlar".
"İŞİD gəncləri öz sıralarına cəlb edir. Güclü maarifləndirmə aparılmalıdır ki, gənclər terror təşkilatlarına qoşulmasın. Gənclər anlamalıdırlar ki, onlara təqdim olunan dini dəyərlər bəzən aldadıcı, təhrif edilmiş, müvəqqəti ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB