Elşən Musayev: “Sarkisyan həmişə “Qarabağ” kartı ilə oynayıb” AÇIQLAMA

Elşən Musayev: “Sarkisyan həmişə “Qarabağ” kartı ilə oynayıb” AÇIQLAMA

"Bu gün Ermənistan elə vəziyyətdədir ki, burada kimin prezident, baş nazir və s. olması heç nəyi dəyişməyəcək. Çünki bu gün rəsmi İrəvanın siyasəti, iqtisadiyyatı iflic vəziyyətindədir. Amma Ermənistan prezidenti Serj Sarkisyan öz sələflərindən fərqli olaraq hakimiyyəti öz əlində saxlamağa çalışıb". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, Sarkisyan həmişə "Qarabağ" kartı ilə oynayıb: "Hətta dünyaya da mesaj verib ki, Qarabağla bağlı sizin istəkləriniz bütün hallarda maraqlarınıza uyğun təmin olunacaq. Beləcə bunun müqabilində də təki mən hakimiyyətdə qalım. Ola bilsin hansısa qüvvələrlə razılaşmalar da olub və referendum da həmin xəttə yönəlib. Ümumən düşünmürəm ki, Sarkisyanın səyləri nəticə versin. Çünki bu gün Ermənistanın özündə Sarkisyana qarşı böyük nifrət var. Onun yarıtmaz siyasəti, Ermənistan iqtisadiyyatını yaman günə qoyması hər kəsə məlumdur. Xüsusən də Qarabağ məsələsində dünyanın birmənalı şəkildə Azərbaycana meyllənməsi, ölkəmizin maraqlarını qoruması artıq Sarkisyanı siyasi cəhətdən sübuta yetirib. Hesab edirəm ki, referendum yolu ilə özünü hakimiyyətdə saxlamaq da onun həmin cəhdlərindən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə