Arzu Nağıyev: “Corciya ştatının qərarı ABŞ-ın özünə hörmətsizlikdir”
"ABŞ-ın hər hansı ştatının belə qərarları dövlətin mövqeyi demək deyil və heç bir qanuni qüvvəsi yoxdur". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev ABŞ-ın Corciya ştatının qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanıyan qərar qəbul etməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın əraz bütövlüyü BMT tərəfindən tanınıb, beynəlxalq qanunlarla tənzimlənir: "BMT-nin də Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri və deyərdim ki, ən mühümü ABŞ-dır. Deməli, Corciya ştatının verdiyi qərar ilk növbədə, öz dövlətlərinə, hüquq normalarına hörmətsizlik əlamətidir. İkinci növbədə isə beynəlxalq norma və prinsiplərə ziddir. Bu haqda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olan Ceyms Uorlik də öz sosial şəbəkədəki səhifəsində yazıb".
"Düşünürəm ki, bu qərarın və ya bəyanatın verilməsində ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir edəcək qüvvə olan erməni lobbisinin danılmaz rolu var və cəfəngiyyatdan başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB