Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvo uzunmüddətli ola bilməz. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Moqerini bu sözləri İrəvanda jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, münaqişənin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritetdir, status-kvo qeyri-stabildir və fikrimizcə belə qala bilməz.
Aİ rəsmisinin sözlərinə görə, münaqişənin hərbi yolla həlli müstəsnadır.
Moqerini bildirib ki, hazırkı vəziyyətdə münaqişənin sülh yolu ilə həllinə mane olan zorakılığın artması və hərbi ritorikadan çəkinmək, gərginliyi azaltmaq vacibdir.
O Aİ-nin qoşunların təmas xəttində araşdırma mexanizmlərinin yaradılması məsələsində ATƏT-in Minsk qrupuna yardım göstərdiyini təsdiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB