Bakıda səfərdə olan Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bu gün Azərbaycanın bir qurp hüquq müdafiəçisi və QHT rəhbərləri ilə görüşüb.
SİA-nın xəbərinə görə, görüşdə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, hüquq müdafiəçiləri Novella Cəfərova, Mirvari Qəhrəmanlı, Şəhla İsmayıl və Əvəz Həsənov iştirak edib.
Bildirilib ki, iki saata yaxın davam edən görüş çərçivəsində neftin dünya bazarında qiymətinin aşağı düşəndən sonra regionda və eləcə də Azərbaycanda mövcud iqtisadi vəziyyət müzakirə olunub, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsinə toxunulub.
Qeyd edək ki, Federika Moqerini hazırda Ermənistanda səfərdədir. Səfər zamanı F.Mogerini Ermənistan prezidenti Serj Sarkisyanla, xarici işlər naziri Edvard Nalbandyanla, müxalifət təmsilçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB