Tural Abbaslıdan Elman Fəttaha CAVAB

"Müsavatda Arif Hacılıdan başqa kiməsə reaksiya vermirəm"
Tural Abbaslıdan Elman Fəttaha CAVAB

"Mən hələ də rəsmi olaraq Müsavat Partiyasının üzvüyəm. Kim məni necə istəyir elə də təqdim etsin. Ümimiyyətlə, Müsavatda Arif Hacılıdan başqa kiməsə reaksiya verməyin tərəfdarı deyiləm". Bu fikirləri SİA-ya Müsavatın keçmiş Divan üzvü, "Ağ Blok"un təsisçisi Tural Abbaslı Müsavat başqanının müavini Elman Fəttahın onun haqqında söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Tural Abbaslı qeyd edib ki, belə adamların nə dediyi barədə maraqlanmıram: "Çünki buna nə vaxtım, nə də ki, həvəsim var. Daha faydalı işlərlə məşğul olmağın tərəfdarıyam. Kimsə mənə qarşı qərəzlidirsə, yenə də öz fikridir. Sadəcə onu deyə bilərəm ki, mən hələ də Müsavatın üzvüyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə