Aparat rəhbəri: “Birliklər formalaşdırmaqla böhranı yox etmək mümkün deyil” AÇIQLAMA
"Ümumiyyətlə hər hansı birliklər formalaşdırmaqla böhranı aradan qaldırmaq mümkün deyil. Böhran vəziyyətlərinin aradan qaldırılması üçün ciddi düşünülmüş strateji və taktiki planlar olmalıdır". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Onun sözlərinə görə, bunun üçün isə yaxşı mütəxəssislərə və geniş dünyagörüşlü siyasi xadimlərə ehtiyac var: "İndiki mərhələdə aksiyalar keçirmək və yaxud digər kütləvi aksiya formalarından istifadə etməklə problem ancaq dərinləşdirilə bilər. Bu mənada düşünmürəm ki, müxalifət anti böhran koalisiyası yaradaraq, bunun fonunda aksiya keçirməklə nəyəsə nail olsun. Ən yaxşı variant isə böhranı dərinləşdirməmək üçün müəyyən qədər regionda və dünyada baş verən siyasi, iqtisadi proseslərdən çıxış edərək adekvat addımlar atsın. Bu, daha məqsədəuyğun olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB