ABŞ-ın Xarici İşlər naziri Con Kerri Suriyada uçuş üçün qadağan ediləcək bölgənin müzakirə edildiyini bildirib. SİA-nın "Sputniknews"a istinadən verdiyi məlumata görə, Kerri Türkiyə-Suriya sərhədində uçuş üçün qadağan ediləcək ərazi haqqında müzakirələr aparıldığını deyib.
Nazir vurğulayıb ki, bu məsələ ilə bağlı ətraflı düşünüb qərar vermək daha yaxşı nəticələr verə bilər. O qeyd edib ki, bu qərar sözdə ifadəsindən daha qəlizdir.
Kerri bəzi Ərəb ölkələri ilə bu barədə danışıqların aparıldığını da deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB