Prezidentin Tehranda rəsmi qarşılanma mərasimi olub

Prezidentin Tehranda rəsmi qarşılanma mərasimi olub

İran İslam Respublikasına rəsmi səfərə gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. SİA-nın məlumatına görə, Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və İranın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər. Prezidentlər birgə foto çəkdiriblər.

İran nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə