Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.2, 264 maddələrinə əsasən həbs olunmuş şəxs Həsənov Camaləddin Teyyub oğlunun qohumu, Zərdab rayon sakini vətəndaş Salikov Əlrza Sərkar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman "ARKO MEN" üzqırxan köpüyünün içərisindən xüsusi üsulla gizlədilmiş 1 ədəd qara rəngli "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Penitensiar xidmətdən SİA-ya verilən məlumata görə, toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB