"Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyində "Ədəbiyyatşünaslıq sahəsində elmi-tədqiqat işlərinin aparılması: metodologiya və mövcud qaydalar" adlı seminar keçirilib. SİA-nın məlumatına görə,seminarın qonağı AMEA Ədəbiyyat İnstitutunun elmi şurasının üzvü, Dissertasiya Şurasının elmi katibi, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov olub.
Seminarı giriş sözü ilə açan "GEAD" İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı qonaqları salamladıqdan sonra məruzəçi haqqında qısa məlumat verib. M.Babaşlı Azərbaycan elminin təbliği və elmi kadrların hazırlığı sahəsində professor İmamverdi Həmidovun xidmətlərindən bəhs edib. Bu istiqamətdə həm ciddi elmi tədqiqatları, həm də gənc kadrların yetişdirilməsində böyük əməyi olan İ.Həmidovun ali elmi xidmətlərinin ölkəmiz üçün əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra məruzəçi, ədəbiyyatşünas alim İmamverdi Həmidov elmi-tədqiqat işlərinin aparılması istiqamətində zəruri metodoloji qaydalar, gənc tədqiqatçıların müdafiə öncəsi üzləşdikləri sənədləşmə prosesləri haqqında ətraflı məlumat verdi. Auditoriyanın çoxsaylı suallarını təfsilatlı cavablayan İ.Həmidov bu istiqamətdə gənc tədqiqatçılara zəruri məlumatların verilməsini xüsusi vurğulayıb.
Sonda, maraqlı və yaddaqalan çıxışına görə məruzəçiyə təşəkkürünü bildirən "GEAD" İctimai Birliyinin sədri M.Babaşlı gənc tədqiqatçıları yaxından maraqlandıran belə bir mövzunu geniş bir şəkildə izah etdiyi üçün məruzəçiyə öz təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB