Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu gün Strasburqda öz işinə başlayan sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamənin qəbul edib-etməyəcəyinə dair qərar verəcək. SİA-nın xəbərinə görə, bu barədə AŞPA prezidenti Ann Brasser bu gün Strasburqda keçirdiyi mətbuat konfransında məlumat verib.
Jurnalistlərin ATƏT-in Misnk qrupunun həmsədrlərinin bir müddət əvvəlki çıxışlarını nəzərə alaraq, sessiya çərçivəsində bu münaqişənin müzakirə olunmasıyla bağlı sualına A.Brasser belə cavab verib: "Assambleya özü bu məsələni müzakirə edib, həll yolları axtarmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliyə doğru atılmış heç bir addım yoxdur. Münaqişənin həlli prosesini irəli çəkəcək yollar tapmaq zəruridir. AŞPA bu məsələyə öz töhfəsini verməyə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB