Prezident Klaus Şvabla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub. Söhbət zamanı Dünya İqtisadi Forumunun əhəmiyyəti qeyd edilib, Azərbaycanın bu mötəbər tədbirdə fəal və davamlı iştirakı məmnunluqla vurğulanıb. Həmçinin "İpək Yolu" layihəsinə dair məsələlər müzakirə olunub, hazırkı dövrdə regional və beynəlxalq aləmdə neftlə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə