Azər Həsrət: “Emin Hüseynov Qərbdəki ağalarının xoşuna gəlmək istəyir” AÇIQLAMA

Azər Həsrət: “Emin Hüseynov Qərbdəki ağalarının xoşuna gəlmək istəyir” AÇIQLAMA

"Qondarma hüquq müdafiəçisi Emin Hüseynovun öz ərizəsi ilə Azərbaycan vətəndaşlıqdan imtina edərək İsveçrə dövlətinə sığınması və orada Azərbaycan əleyhinə tənqidi fikirlər səsləndirməsi o cür adamların mövcudluq formasından xəbər verir". Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri, jurnalist Azər Həsrət deyib.

Sədrin sözlərinə görə, belə adamların əli hər şeydən üzüldüyü üçün daim öz dövlətlərini hədəf seçirlər ki, Qərbdəki ağalarına xoş gəlsinlər: "Amma boşuna çarpışırlar. Yel qayadan nə aparar ki?...".

Qeyd edək ki, qondarma hüquq müdafiəçisi Emin Hüseynov öz ərizəsi ilə Azərbaycan vətəndaşlığından imtina edərək İsveçrə dövlətinə sığınıb. O, həmin ölkədə əsl simasını nümayiş etdirərək, Azərbaycan hakimiyyətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.

Bütün xəbərlər Facebook səhifəmizdə