Sabah Parlamentin növbədənkənar iclası keçiriləcək. Bu haqda SİA-ya Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Bildirib ki, növbədənkənar iclasın gündəliyinə 5 məsələ daxil edilib.
Onun sözlərinə görə, iclasın gündəliyinə "Əmanətlərin sığortalanması haqqında" Qanuna dəyişik edilməsi barədə, "Əmanətlərin tam sığortalanması haqqında", "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Valyuta tənzimi haqqında" Qanuna dəyişiklik edilməsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri tövsiyyə olunub.
İclas saat 12:00-da başlayacaq.
Xatırladaq ki, Milli Məclis hazırda tətildədir və Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi nəzərdə tutulmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB