“Azərbaycan xalqının maraqları onlar üçün əhəmiyyətsizdir AÇIQLAMA

“Azərbaycan xalqının maraqları onlar üçün əhəmiyyətsizdir AÇIQLAMA

"Bu gün dağıdıcı müxalifət düşərgəsində yer alan qrupun üzvləri hər zaman ayrı-ayrı ölkələrin "hüquq müvəkilliyini" yerinə yetirmək uğrunda canfəşanlıqla çalışıblar". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq bildirib ki, onların "mübarizəsinin" əsasında xalqın etimadını qazanmaq məqsədi dayanmır: "Həmin insanlar bu günə kimi necə anti-azərbaycan mövqeyi sərgiləyiblərsə, indi də belə mövqelərini davam etdirirlər. Cəmil Həsənli, Əli Kərimli kimi insanlar 2013-cü il prezident seçkilərində xarici bir ölkənin, başqa bir qütbün layihəsində iştirak ediblər. Hazırda isə tamam başqa bir qütbün layihəsində iştirak edirlər. Aralıq zamanda isə radikal islamçıların dəstəklənməsi istiqamətində fəaliyyət göstəriblər. Həmin radikal dini-ekstremist qüvvələrin Azərbaycanla bağlı dağıdıcı əməllərinə haqq qazandırmağa da çalışıblar. Burdan da göründüyü kimi bu insanların hansısa qüvvəni dəstəkləmə meyarı həmin qüvvələrin Azərbaycan dövlətinə nə dərəcədə düşmən mövqedə dayanması ilə ölçülür. Bu insanların fəaliyyətlərinin söykənəcəyi nə ideoloji, nə də mənəvi prinsip var. Azərbaycan xalqının maraqları onlar üçün heç bir əhəmiyyət kəsb eləmir".

Onun sözlərinə görə, xarici dairələrə "özlərini sırımaq" cəhdləri bu insanların mövcudluq savaşının mahiyyətini təşkil edir: "Həmin insanların prioritetləri xalqın səsini qazanmaqdan ibarət deyil. Elə Cəmil Həsənlinin anti-azərbaycançı Kris Smitlə görüşü, Əli Kərimlinin imkan düşdükcə "beynəlxalq təşkilatlar bizi dəstəkləyir" cümləsini yorulmadan söyləməsi onların xəyanətkar mahiyyətinə uyğun əməllərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə